Boksçu öz kölgəsi ilə döyüşdü, xəstəxanaya aparıldı

Ümumdünya Boks Federasiyasının versiyasına görə, Afrika çempionu kəməri uğrunda baş tutan döyüşdə maraqlı hadisə qeydə alınıb.

Sportline.az xəbər verir ki, cənubi afrikalı boksçular arasında keçirilən görüşdə Simiso Butelezi həmyerlisi Sifesixle Mntunqva ilə qarşılaşmada öz kölgəsi ilə mübarizə aparıb.

Belə ki, Butelezi 10-cu raundda rəqibini nokaut etsə də, Mntunqva ayağa qalxıb və döyüş davam etdirilib. Lakin Simiso həmyerlisinin əks istiqamətinə dönərək rinqin küncündəki boşluğa doğru zərbələr endirib. Vəziyyəti nəzarətə götürməyə çalışan görüşün hakimi döyüşü saxlayaraq Buteleziyə məğlubiyyət verib. Bununla da Simiso karyerası ərzində ilk dəfə uduzub. İdmançının qeyri-adi hərəkəti hansı səbəblə etdiyi hələ ki məlum deyil. Afrikalı boksçu dərhal xəstəxanaya yerləşdirilib və onun vəziyyətinin stabil olduğu bildirilib.