Boksçularımız finala yüksəliblər

Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.

Azərbaycan Boks Federasiyasından Sportline.az saytına verilən məlumata görə, 5 ölkədən 164 idmançının qatıldığı yarışda millimizin 4 üzvü final qarşılaşmasına çıxıb.

Boksçularımızdan Tağı Nəsibov (50 kq) özbəkistanlı Şahboz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən həmyerlimiz finala yüksəlib. Onun uğurunu Məhəmmədəli Aşurəliyev (54 kq) də təkrarlayıb. Murodulla Sunatullayevdən (Özbəkistan) güclü olan millimizin üzvü qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.

Yığmamızın digər boksçuları Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, final görüşləri mayın 24-də olacaq.