Boksçularımızın ilk rəqibləri bilindi

Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyasında ilin ilk turnirinin püşkü atılıb.

Azərbaycan Boks Federasiyasından Sportline.az-a verilən məlumata görə, bu gün başlanacaq yarışda milli üzvlərinin də ilk rəqibləri bəlli olub.

Fevralın 10-dək davam edəcək turnirdə ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, 1/8 finalda Atomani Baroufla (Komor adaları) üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən bu mərhələdə daha 4 boksçu mübarizəyə qoşulacaq.

1/8 final mərhələsi
Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali)
Nəbi İsgəndərov (67 kq) – Atomani Barouf (Komor adaları)
Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya)
Murad Allahverdiyev (80 kq) – İmam Xatayev (Rusiya)

1/4 final mərhələsi
Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya)
Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador)
Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya)
Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası)
Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi (İtaliya)

1/2 final mərhələsi
Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya)