Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın qadın boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən milli üzvü 1/16 finalda yeni zelandiyalı Cennifer Peterslə qüvvəsini sınayıb.

Görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək. Qarşılaşma martın 21-nə təsadüf edəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.