"Bormunt" qanalı futbolçusunu 40 milyon avroya satacaq

"Çelsi" "Bormunt"un qanalı futbolçusu Antonio Semenyo üçün rəsmi təklif göndərib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro təklif edib.

"Bormunt"un rəhbərliyi bu təklifə müsbət cavab verib. Transfer mövsüm sonunda reallaşacaq.

Qeyd edək ki, Semenyo bu mövsüm çıxış etdiyi 26 oyunda 9 qol və 4 asistlə yadda qalıb.

25 yaşlı futbolçunun "Bormunt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.