“Bormut”un qanalı futbolçusu “Liverpul”a transfer olacaq

“Liverpul” klubunun rəhbərliyi mövsümün sonunda qanalı futbolçu Antoniyo Semenyo üçün “Bormut”a rəsmi təklif göndərəcək.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, “Liverpul”un rəsmiləri 24 yaşlı futbolçu üçün “Bormut”a 30 milyon avro ödəməyə hazırdır.

“Bormut” klubunun rəhbərliyi bu təklifə müsbət yanaşır.

Qeyd edək ki, A.Semenyonun “Bormut”la müqaviləsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.