"Borussiya" darmadağınla liderliyə yüksəldi

Almaniya Bundesliqasında 29-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Dortmund "Borussiya"sı öz meydanında "Ayntraxt"ı qəbul edib. 

Rəqibinə 4 cavabsız qolla qalib gələn dortmundlular 60 xalla liderliyə yüksəlib. "Maynts"a uduzan "Bavariya" isə bu xal itkisi ilə 2-ci pilləyə düşüb. Münhen klubunun 59 xalı var. 

"Borussiya" (Dortmund) – "Ayntraxt" - 4:0
Qollar:
 Bellingem, 19. Malen, 24, 66. Hummels, 41.