"Borussiya Dortmund" açıqladı: 60 milyon avro
Dortmundun "Borussiya" klubu hücumçusu Pyer-Emenik Obameyanqın təzminat qiymətini açıqlayıb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, hücumçunu heyətinə qatmaq istəyən komanda 60 milyon avrosundan keçməlidir.
Qeyd edək ki, Obameyanqın növbəti mövsümdən başqa çempionatda çıxış edəcəyi istisna olunmur. Onunla "Barselona", PSJ, "Mançester Siti" və "Arsenal" kimi klublar maraqlanır.