"Borussiya" məğlub oldu

Almaniya Bundesliqasında 20-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, Dortmund "Borussiya"sı səfərdə "Frayburq"un qonağı olub. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Borussiya" turnir cədvəlində 32 xalla 7-ci, "Frayburq" isə 30 xalla 8-cidir.

"Frayburq" - "Borussiya" (Dortmund) - 2:1
Qollar:
 Yonq, 49 (1:0), Şkmid, 52 (2:1), Mukoko, 76, (2:1)