"Borussiya"da koronavirus şoku
“Borussiya”nın futbolçusu Manuel Akanci koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İsveçrəli müdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən futbolçu karantinə alınıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2018-ci ildən "Borrusiya"da çıxış edir.