"Borussiya"dan "Mançester Siti"yə

İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borusiya" (Dortmund) komandasından Manuel Akancini transfer edib.

Sportline.az xəbər verir ki, İsveçrə millisinin Nigeriya əsilli mərkəz müdafiəçisi üçün qarşı tərəfə 17 milyon funt məbləğ ödənilib.

İtaliyalı jurnalist Fabritsio Romano "Tviter" hesabında qeyd edib ki, onun gəlişi ilə heç bir mərkəz müdafiəçisi (Aymerik Laport, Ruben Dias, Con Stounz və Natan Ake) klubu tərk etməyəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu İtaliyanın "Milan" klubunun da hədəfində olub. "Borusiya" Milan klubundan 13-17 milyon funt aralığında transfer məbləği istəyib.