"Borussiya"nın futbolçusu "Bavariya"da

"Bavariya" heyətini Rafael Gereyru ilə gücləndirib.

Sportline.az goal.com-a istinadla xəbər verir ki, münhenlilər Dortmund "Borussiya"sının müdafiəçisi ilə 2026-cı ilin yayınadək müqavilə bağlayıblar.

29 yaşlı futbolçu yeni klubuna azad agent statusunda qoşulub.

7 il "Borussiya"nın şərəfini qoruyan portuqaliyalı futbolçu son mövsümdə meydana çıxdığı 36 oyunda 6 qol və 14 asistlə yadda qalıb.