"Borussiya"nın qapıçısı MLS klubuna keçib

Almaniyanın "Borussiya" (Dortmund) klubunun qapıçısı Roman Bürki karyerasını ABŞ-da davam etdirəcək.

Sportline.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli qolkiper MLS-də çıxış edən "Sent-Luis" komandasına keçib.

32 yaşlı oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Roman Bürki bu mövsüm "Borussiya"nın heyətində heç bir oyuna çıxmayıb.