Bosniya və Hersoqovina millisinə Türkiyə çempionatından 3 oyunçu dəvət alıb

Bosniya və Herseqovina millisinin Almaniya və Macarıstanla matçlar üçün ilkin heyətinə Super Liqadan 3 oyunçu dəvət alıb.

Sportline.az  Ntvspor.net-ə istinadla xəbər verir ki, bunlar Edin Ceko ("Fənərbağça"), Haris Hajradinoviç ("Kasımpaşa") və Dal Varesanoviçdir ("Rizespor").

UEFA Millətlər Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina oktyabrın 11-də Almaniyanı, 14-də Macarıstanı qəbul edəcək.

Qeyd edək ki, 2 turdan sonra bu qrupa 4 xalla Almaniya başçılıq edir. İkinci sıradakı Niderlandın da 4 xalı var. Macarıstan və Bosniya milliləri hərəyə 1 xalla sonrakı pillələri bölüşürlər.