Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb
Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb.
Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib. Bu, cüdoçunun Böyük Dəbilqə yarışlarında ilk medalı olub.
Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurub.