Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb. 

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib. 

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.