Böyük Dəbilqə: Daha iki cüdoçumuz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha iki cüdoçusu Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançılardan Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Zelim Tskayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal əldə edib. 154 000 ABŞ dolları mükafat fondu olan "Böyük Dəbilqə" turnirinə aprelin 3-də yekun vurulacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.