"Böyük dəbilqə": Rüstəm Orucov "bürünc" qazandı

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə zərbaycanın daha üç idmançısı ilə təmsil olunub.

Fəqan Quluzadə və Murad Fətiyev yarışla erkən vidalaşıb. Rüstəm Orucov isə 1/4 finala qədər irəliləyib. Burada yaponiyalı Şohey Onoya uduzsa da, rəqibi finala yüksəldiyindən idmançımız da bürünc medal qazanmaq şansını qoruyub.

Təsəlliverici görüşdə Viktor Mrovzyankini (Polşa), ardınca Musa Moguşkovu (Rusiya) üstələyən R.Orucov fəxri kürsüyə qalxıb.

KİŞİLƏR

73 kq

1/16 final. Rüstəm Orucov - Fethi Nuren (Əlcəzair)
1/8 final. Rüstəm Orucov - Covanni Esposito (İtaliya)
1/4 final. Rüstəm Orucov - Şohey Ono (Yaponiya)
Təsəlliverici görüş. Rüstəm Orucov - Viktor Mrovzyanki (Polşa)
Bürünc medal görüşü. Rüstəm Orucov - Musa Moguşkov (Rusiya)

81 kq

1/32 final. Fəqan Quluzadə - Boka Donqvani (Gürcüstan)
1/16 final. Fəqan Quluzadə -  Kristian Parlati (İtaliya)
1/8 final. Fəqan Quluzadə - Anri Egutidze (Portuqaliya)

1/32 final. Murad Fətiyev - Nikon Zaborosçuk (Moldova) 
1/16 final. Murad Fətiyev - Vlad Visa (Rumıniya)
1/8 final. Murad Fətiyev - Mattias Kasse (Belçika)