Böyük Dəbilqə turnirinin püşkü atıldı

Bakıda Heydər Əliyevin xatirəsinə keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, püşk nəticəsində 15 qadın və 28 kişi idmançının ilk rəqibləri müəyyənləşib. Təşkilatçı ölkənin qadınların yarışında 78 kq çəkidə təmsilçisi olmayacaq. Kişilərin mübarizəsində isə 7 çəkinin hər birində 4 cüdoçu yer alacaq.

48 kq
1/16 final. Ramilə Əliyeva - Marina Çernyak (Ukrayna)
1/16 final. Aişə Qurbanlı - Oksana Ağazadə (Rusiya) 
1/16 final. Şəfəq Həmidova - Sabina Gilyazova (Rusiya)
1/16 final. Əliyeva Leyla - Nazlıcan Kılıc (Türkiyə)

52 kq
1/16 final. Gülşən Nəzərova - Gülbadam Babamuratova (Türkmənistan)
1/16 final. Şəfəq Məmmədova - Karolina Penkovska (Polşa)
1/16 final. Gültac Məmmədəliyeva - Aqata Perenk (Polşa)

57 kq
1/16 final. İçinxorlu Munxtsedev - Ruşana Nurjavova (Türkmənistan)
1/16 final. Səkinə Zayirova - Hedviq Karakas (Macarıstan)
1/16 final. Aleksandra-Larisa Florian - Yuliya Kovalçik (Polşa)

63 kq
1/16 final. Diana Şoranova - Akniyet Turdan (Qazaxıstan) 
1/16 final. Nuriyyə Axundova - Kristina Kabana Peres (İspaniya)

70 kq
1/16 final. Aidə Baxışova - Laura Varqas Kox (Almaniya)
1/16 final. Günel Həsənli - Aoyfe Kaflan (Avstraliya)

+78 kq
1/8 final. İrina Kindzerska - Sandra Yablonskite (Litva)

Kişilər
60 kq
1/16 final. Oruc Vəlizadə - Hakberdi Jumayev (Türkmənistan)
1/16 final. Tofiq Məmmədov - Yaqo Abuladze (Rusiya)
1/16 final. Əhməd Yusifov - Coşua Kats (Avstraliya)
1/16 final. Orxan Səfərov - Felipe Kitaday (Braziliya)

66 kq
1/16 final. İbrahim Əliyev - Çarlz Çibana (Braziliya)
1/16 final. İsmayıl İbrahimov - Georgi Zantaraya (Ukrayna)
1/16 final. İlkin Babazadə - Daniel Karqnin (Braziliya)
1/32 final. Nicat Şıxəlizadə - Məhəmməd Kossekov (Türkmənistan)

73 kq
1/16 final. Rüstəm Orucov - Madiyar Sembayev (Qazaxıstan) / Kornel Andries (Moldova) cütünün qalibi
1/16 final. Hidayət Heydərov - Obidxon Nomonov (Özbəkistan)
1/16 final. Telman Vəliyev - Janbolat Baqtbergenov (Qazaxıstan)
1/32 final. Rüfət Məmmədov - Süleyman Hamad (CAR)

81 kq
1/16 final. Murad Fətiyev - Eoyn Kaflan (Avstraliya) / Yaromir Musil (Çexiya) cütünün qalibi
1/32 final. Afiq Səfərli - Alfa Umar Calo (Fransa)
1/32 final. Hasil Cəfərov - İlkər Güldürən (Türkiyə)
1/32 final. Araş Ağayi - Aleksander Veçerjak (Almaniya)

90 kq
1/16 final. Məmmədəli Mehdiyev - Avtandil Tçrikişvili (Gürcüstan) 
1/32 final. Əbdülhəqq Rəsullu - Li Koçman (İsrail) 
1/32 final. Əliömər Tumayev - Altanbaqana Qantulqa (Monqolustan)
1/32 final. Tural Səfquliyev - Davis Duda (Latviya)

100 kq
1/16 final. Elmar Qasımov - Danilo Pantiç (Monteneqro)
1/16 final. İeso Kvirikaşvili - Karolis Bauza (Litva) 
1/32 final. Zelim Kotsoyev - Batır Xocaməhəmmədov (Türkmənistan)
1/32 final. Adil Kərimli - Niyaz Bilalov (Rusiya)

+100 kq
1/16 final. Rüstəm Kotsoyev - Ayaks Tadehara (ABŞ)
1/16 final. Şahin Qəhrəmanov - Vladislav Şerbitski (Belarus)
1/16 final. Ayxan Cəfərov - Ruslan Şahbazov (Rusiya)
1/16 final. İmran Yusifov - Temuulen Battulqa (Monqolustan)

Proqrama əsasən, mayın 10-da qadınlar 48 kq, 52 kq və 57 kq, kişilər 60 kq və 66 kq; 11-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq; 12-də isə qadınlar 78 kq və 78 kq-dan yuxarı, kişilər 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.

Qeyd edək ki, Böyük Dəbilqəyə ümumilikdə 56 ölkədən 431 cüdoçu qatılacaq. Onlardan 256-sı kişi, 175-i qadındır. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq Böyük Dəbilqənin təntənəli açılış mərasimi mayın 10-da olacaq. Mərasim saat 16:00-da başlanacaq.