"Böyük oyun” gəldi-gedərdi…" - "Kəpəz"dən atmacalı paylaşım
“Kəpəz” Azərbaycan Premyer Liqasının 2-ci turunda "Neftçi" ilə keçiriləcək oyun öncəsi paylaşımı ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, Gəncə təmsilçisinin rəsmi Feysbuk səhifəsində keçmiş “Dinamo” – “Neftçi” oyununun biletinin fotosu paylaşılıb və bu sözlər yazıb:
“Böyük oyun” gəldi-gedərdi, tarixi derbi “Neftçi” – “Kəpəz”di!
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” oyunu avqustun 14-də Bakıda keçiriləcək.
