Braziliya - Argentina oyunu təkrar oynanılacaq
FİFA DÇ-2022-nin seçmə mərhələsinin Argentina və Braziliya arasındakı matçın təkrar oynanılacağını təsdiqləyib.
Sportline.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Oyun 5 sentyabr 2021-ci ildə Sao Pauloda keçirilməli idi. Ancaq demək olar ki, start fitindən dərhal sonra matç dayandırılıb. Buna səbəb Argentina millisinin futbolçuları Covani Lo Selso, Kristian Romero və Emiliano Martinezin meydana daxil olması olub. Braziliyanın səhiyyə orqanlarının məlumatına görə, futbolçular son iki həftədə qaldıqları yerlər barədə yanlış məlumatlar təqdim etdikləri üçün koronvirusla bağlı ölkəyə giriş qaydalarını pozublar.
Qarşılaşmanın təkrar oynanılacağı tarix daha sonra açıqlanacaq.
Qeyd edək ki, Argentina və Braziliya yığmaları artıq Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.