Braziliya milllisinin sabiq üzvü karyerasını başa vurdu

Braziliya millisinin sabiq futbolçusu Fred karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, buna səbəb onun göz problemlərinin olmasıdır. "Fluminense"nin 38 yaşlı forvardı karyerasını indi bitirmək qərarına gəlsə də, klub rəhbərliyi ondan iyulun 21-nə qədər gözləməsini istəyib.  

Qeyd edək ki, Fred  "Lion"la üç dəfə Fransa çempionu, "Fluminense" ilə iki dəfə Braziliya çempionu olub. O, yığmanın heyətində 39 oyunda 18 qol vurub. Fred 2013-cü ildə yığma komanda ilə Konfederasiyalar Kubokunun qalibi olub.