Ölkə başçısından futbola tənqid
Braziliya prezidenti Lula da Silva Braziliya futbolunu tənqid edib.
Sportlinr.az xəbər verir ki, ölkə başçısı futbolun hazırkı vəziyyətindən şikayətlənib.
“Təəssüf ki, bizim dünyanın ən yaxşısı sayılan komandamız var və məşqçimiz yoxdur. Həmçinin, 1970-ci ildə (komandanın dünya çempionu olduğu vaxt) malik olduğumuz keyfiyyətli oyunçulara sahib olmadığımız üçün əla komanda yarada bilmirik. Biz təkcə oğlanları deyil, 30 yaşlı Peledən başlayaraq kişiləri də oynadırdıq. Braziliya futbolu uğursuzluğa düçar olur. Bizdə artıq dünyanın ən yaxşı futbolu yoxdur. Biz bu gün xaricdə təcrübə toplayan gənc futbolçular üçün ixracatçı ölkəyə çevrilmişik. Təəssüf edirəm ki, komandamız böyük turnirlərdə iştirak etməyə hazır deyil”, - Lula da Silva bildirib.