Brazilyalı əfsanə öz seçimini edib

Braziliyanın əfsanəvi hücumçusu Ronaldo Nazario maraqlı anketdə iştirak edib.

Sportline.az xəbər verir ki, o, portuqaliyalı Kriştiano Ronaldo ilə argentinalı Lionel Messi arasında ən yaxşı oyunçunu seçib:

- Ronaldo, yoxsa Kriştiano?

- Ronaldo.

- Ronaldo, yoxsa Messi?

- Messi.

Braziliya millisi ilə iki dəfə dünya çempionu olan Ronaldo, həmçinin "Qızıl top"u iki dəfə qazanıb. Braziliyalı forvard "Real", "Barselona", "İnter", "Milan", PSV, "Kruzeyro" və "Korintiyans" klublarında çıxış edib.