Bruno: "Ronaldo cahildir"
“Yuventus”un sabiq futbolçusu Paskuale Bruno komandanın hücumçusu Kriştiano Ronaldonu tənqid edib.
Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 58 yaşlı keçmiş müdafiəçi 35 yaşlı futbolçunu cahil adlandırıb:
“Ronaldo cahildir. İki ildir ki, İtaliyadadır və hələ də dilimizi öyrənməyib. Özünü izah etmək üçün ispan dilində danışır. O, nə komanda yoldaşlarına, nə də italyanlara hörmət edir”.
Qeyd edək ki, Bruno 1987-1990-cı illərdə Turin klubunda çıxış edib.