BTA Pro Liqanın qalibi Tamerlan Əzizov oldu
Bakı Tennis Akademiyasında keçirilən Professional Liqanın qalibi müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu, bütün görüşlərdə inamlı qələbə qazanan Tamerlan Əzizovdur. O, liqanın çempionu olduğu üçün Mobitek.az-dan hədiyyə, 200 AZN mükafat və kubok qazandı.

2-ci yer tutan Samir Qafarov isə Mobitek.az-dan hədiyyə ilə mükafatlandırılıb.
