Bu gün "8 Noyabr - Zəfər Günü"dür

2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi.

Ötən il 44 gün ərzində gələn şəhid xəbərlərinin müəyyən hissəsi idman ictimaiyyətinin nümayəndələri ilə bağlıdır. Elə Gənclər və İdman Nazirliyinin açıqladığı siyahıya nəzər yetirsək 1000-ə yaxın, daha dəqiq desək, idman ictimaiyyətinin 991 nəfər üzvünün müharibədə iştirak etdiyini bilmək olar. Hər bir vətən torpağı uğrunda canını, qanını verən igidlərdən söhbət gedir. Hansı ki, onların 324-ü ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhid oldu.

Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kapitulyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Vətən müharibəsi zamanı bütün Azərbaycan xalqı birliyi ilə bütün dünyaya ibrət oldu. Artıq beynəlxalq arenalarda idmançılarımız meydana qalib xalqın nümayəndəsi kimi çıxır.

İdman ictimaiyyətinin 1000-ə yaxın üzvünün müharibəyə yollanması, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından, sağlamlığından keçməsi ölkəmizdə bütün sahələrin nümayəndələrinin mənfur düşmənə qarşı sıx birləşməsi dünya miqyasında müzakirələrə səbəb olmaya bilməzdi.

Yekunda onu da qeyd edək ki, qəhrəman və igid oğullarımız var olduqca Azərbaycan kürəyi heç zaman yerə gəlməz. Əsrlər boyu düşmənlərdən əzmkarlıqla qorunan bu Vətən hər şeydən yaxşıdır. Elə nur üzlü şəhid kikboksçumuz Xudayar Yusifzadənin dediyi kimi...