"Ayntraxt" Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Sportline.az xəbər verir ki, turnirin final oyununda Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.

İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin "Reyncers"in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.

UEFA Avropa Liqası

Final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (ƏLAVƏ VAXTDA - 0:0, PENALTİLƏRLƏ - 5:4)

Qollar: Rafael Borre, 69 - Co Aribo, 57

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.

Qeyd edək ki, ötən mövsüm Avropa Liqasının qalibi İspaniya "Vilyarreal"ı olub.