Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.

Gecənin ilk matçı Almaniyada "Leyptsiq" və İtaliya "Atalanta"sı arasında olacaq. İspaniya "Barselona"sı isə sözügedən ölkədə "Ayntraxt"ın qonağı olacaq.

Digər oyunlarda isə İngiltərə "Vest Hem"i Fransa "Lion"unu, Portuqaliya "Braqa"sı isə Şotlandiya "Reyncers"ini qəbul edəcək.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.