Bu gün paracüdo üzrə Qran-pri turniri yekunlaşacaq

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri turniri davam edir.

Sportline.az xəbər verir ki, ulu öndərin adını daşıyan İdman kompleksində keçirilən turnirdə 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Turnirin ilk günündə paralimpiyaçılarımız 3 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıblar.

Bu gün isə kişilər 90, 100 və 100 kiloqramdan yuxarı, qadınlar isə 63, 70 və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizəyə qoşulublar.

Qeyd edək ki, Qran-Pri turniri “Tokio 2020” Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır. Yarışa bu gün yekun vurulacaq.