Buffonun göz yaşları...
Canluici Buffon A Seriyasına yüksəlmək üçün pley-offun yarımfinalında məğlub olub.
Sportline.az xəbər verir ki, Buffon çıxış etdiyi "Parma"nın mübarizədən kənarlaşdırılmasından sonra göz yaşlarına boğulub.
Parma finala çıxmaq uğrunda mübarizədə "Kalyari"yə uduzub. İlk matç 3-2 "Kalyari"nin xeyrinə bitib, ikinci görüş qolsuz bərabərliklə yekunlaşıb.
Zədə səbəbindən oynamayan, lakin stadionda olan 45 yaşlı qapıçı Canluici Buffon oyundan sonra azarkeşlərə yaxınlaşaraq göz yaşlarını saxlaya bilməyib.
Buffonun yaxın günlərdə gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir. Onun "Parma" ilə müqaviləsi 2024-cü ildə başa çatır.
