Buffonun oğlu öz seçimini edib

İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffonun oğlu Lui Buffon Çexiyanın 18 yaşadək futbolçulardan ibarət yığmasına dəvət edilib.  

Sportline.az xəbər verir ki, bu barədə məlumatı Çexiya Futbol Assosiasiyasının rəsmi saytı yayımlayıb.  

Hazırda İtaliyada "Pisa Primavera" klubunun formasını geyinən vinger milli komandanın təlim-məşq toplanışına çağırılıb.  

Qeyd edək ki, Lui Buffonun anası çexiyalı model Alena Seredova olduğu üçün o, həm İtaliya, həm də Çexiya vətəndaşıdır.