Bundesliqa klubunda istefa
Almaniyanın "Auqsburq” klubu baş məşqçisi Hayko Herrlix istefaya göndərib.
Sportline.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Buna komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, "Auqsburq” son 4 turda cəmi 1 xal toplaya bilib. Bundan narazı qalan klub rəhbərliyi 49 yaşlı mütəxəssisə qapını göstərib.
Onun yerinə Markus Vayntsirl təyin olunub. Yeni baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Auqsburq” Bundesliqada 31 turdan sonra 33 xalla 13-cü sırada qərarlaşıb.