Bundesliqa klubunda yeni baş məşqçi

"Şalke”nin yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Gelzenkirxen təmsilçisini bundan sonra Kristian Qross çalışdıracaq.

Tərəflər müqavilənin bütün detallarını razılaşdırıblar. İsveçrəli mütəxəssis sentyabrdan bəri "Şalke”nin 4-cü baş məşqçisi olacaq. 66 yaşlı məşqçi yeni komandasına ilk məşqini dekabrın 27-də keçəcək.

"Şalke” son olaraq dekabrın 18-də Manuel Baumu istefaya göndərib. Komanda 13 turdan sonra 4 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.