Bundesliqa klubunda yeni müqavilə

Almaniyanın "Ştutqart” klubu baş məşqçisi Pelleqrino Mataratsonun müqaviləsinin yeniləyib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, 43 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, "Ştutqart” Bundesliqada 10-cu pillədədir. Pelleqrinonun əvvəlki sözləşməsi 2022-ci ilin yayına qədər idi.