Bundesliqa tarixində ilk qadın məşqçi

Almaniyalı məşqçi Mari-Luiza Eta tarixə düşüb.

Sportline.az Bundesliqanın mətbuat xidmətinə istinadla xəbər verir ki, "Union" (Berlin) klubunda fəaliyyət göstərəcək Eta Bundesliqa tarixində ilk qadın məşqçi olub.

Eta bu postda Urs Fişeri əvəzləyib.

Qeyd edək ki, cari mövsüm "Union" 11 oyuna 6 xal toplayıb. Berlin komandası autsayderdir.