Bundesliqada ən yaxşı odur
Almaniya Bundesliqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bu ada "Leypsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku layiq görülüb. 24 yaşlı yarımmüdafiəçi aprel ayında 4 matçda 2 qol vurub.
Qeyd edək ki, Nkunku ardıcıl 3-cü dəfə ayın ən yaxşı oyunçusu seçilib.