Bundesliqada mövsümün rəmzi komandası açıqlanıb

Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

Sportline.az çempionatın rəsmi saytına istinadən məlumatına görə, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.

Mövsümün ən yaxşı "11-liy"ində Dortmund "Borussiya"sından 4, "Bavariya"dan isə 3 futbolçu yer alıb.

Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund)
Müdafiəçilər: Jeremi Frimponq ("Bayer"), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi "Bavariya"), Niko Şlotterbek ("Borussiya" Dortmund)
Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi "Borussiya" Dortmund), Camal Musiala ("Bavariya")
Hücumçular: Mussa Diabi ("Bayer"), Randal Kolo Muani ("Ayntraxt").

Qeyd edək ki, Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla "Bavariya" başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund "Borussiya"sı isə ikincidir.