Bundesliqada tarixi rekord
"Bavariya"nın hücumçusu Robert Levandovski daha bir rekorda imza atıb.
Sportline.az xəbər verir ki, polşalı forvardın rekordu hazırda Bundesliqanın 16-cı turunda "Frayburq"la keçirilən görüşdə qeydə alınıb.
32 yaşlı futbolçu oyunda hesabı açmaqla bu mövsüm çempionatdakı qollarının sayını 21-ə çatdırıb. Bu, Bundesliqa tarixində rekord göstəricidir. İndiyədək heç kim mövsümün ilk yarısında 21 qol vurmamışdı.
Xatırladaq ki, Levandovski FİFA və UEFA-nın ən yaxşı oyunçusu adını qazanıb, Globe Soccer Awards mükatına layiq görülüb.