Bundesliqada yeni mövsüm nə vaxt başlanır?

Almaniya Bundesliqasında 2021/2022 mövsümünün avqustun 13-də başlaması planlaşdırılır.

Sportline.az Almaniya Futbol Liqasının (DFL) rəsmi saytına istinadən xəbər verir ki, ilk turun matçlarının 13 - 15 avqustda keçirilməsi nəzərdə tutulur.

Yeni mövsümün ilkin təqvimi Almaniya Futbol İttifaqının (DFL) rəyasət heyəti tərəfindən bu gün təsdiqlənib.

Bundesliqada qış fasiləsi isə dekabrın 19-da başlayacaq və yanvarın 7-dək davam edəcək. Ölkə çempionatı mayın 14-də başa çatacaq.