Bundesliqanın ən bahalı futbolçuları

Almaniya Bundesliqasında transfer dəyərində ən çox artım olan futbolçuların reytinqi açıqlanıb.

Sportline.az Transfermarkt portalına istinadla xəbər verir ki, siyahıya "Leypsiq"in 20 yaşlı vingeri Xavi Simons başçılıq edir.

Ikinci yerdə "Bavariya"nın fransalı hücumçusu Matis Tel, üçüncü yerdə isə Leverkuzen "Bayer"inin hücumçusu Viktor Bonifeys qərarlaşıb.

İlk onluq isə belədir:

Xavi Simons ("RB Leypsiq", € 70 (+ 30) milyon).
Matis Tel ("Bavariya", € 50 (+ 30) milyon).
Viktor Bonifeys ("Bayer", € 40 (+ 28) milyon).
Seru Girassi ("Ştutqart", € 40 (+ 26) milyon).
Harri Keyn ("Bavariya", € 110 (+ 20) milyon).
Ezekiel Palasios ("Bayer", € 35 (+ 13) milyon).
Enzo Miyo ("Ştutqart", € 20 (+ 13) milyon).
Leroy Zane ("Bavariya", € 75 (+ 10) milyon).
Dani Olmo ("RB Leypsiq", € 50 (+ 10) milyon).
Lua Openda ("RB Leyptsiq", € 45 (+ 10) milyon)