"Bursaspor" Namik Ələskərovun məhsuldar ötürməsi ilə qalib gəlib

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"un heyətində Türkiyə I Liqasında növbəti matçını keçirib.

Sportline.az xəbər verir ki, 27 yaşlı hücumçu XXXI turun "Kocaelispor"la ev oyununda start heyətdə yer alıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Start heyətdə meydana çıxan Ələskərov 63-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə yerini Ramazan Keskinə verib.

Bu qələbə sayəsində xalını 31-ə çatdıran "Bursapor" 18-ci pillədə yer alıb. "Kocaelispor" isə 33 xalla 17-cidir.