Cavid Hüseynovun cəzası açıqlandı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sportline.az xəbər verir ki, iclasda Premyer Liqanın X turunda baş verənlər müzakirə olunub.

“Qarabağ” – “Səbail” matçının 43-cü dəqiqəsində qırmızı vərəqə alan Ansi Aqolli 1 oyun cəzalanıb. Albaniyalı Ağdam klubunu 200 manat ziyana salıb.

“Neftçi” – “Sumqayıt” qarşılaşmasında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə ödəyəcək.

“Zirə” – “Qəbələ” oyununda 7 üzvü sarı vərəqə ilə cəzalanan meydan sahiblərinin də cəriməsi eyni olub.

Bu matçın 43-cü dəqiqəsində “Qəbələ” futbolçusu Cavid Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alıb. Komitə rəqibi vuran yarımmüdafiəçini 3 oyun cəzalandırıb. “Qəbələ” isə 2400 manat cərimələnib.