"CBC Sport" finalları yerindən şərh edəcək

Qarşıdakı iki həftə ərzində Avropanın klub turnirlərinə - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına yekun vurulacaq. 

Maraqlıdır, ÇL, AL və KL-in final qarşılaşmalarını "CBC Sport"un hansı əməkdaşları şərh edəcək? 

Sportline.az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən kanalın şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli avrokubok oyunlarının yerindən şərh olunacağını deyib: "Bəli, artıq final matçlarını şərh edəcək əməkdaşlarımızı müəyyənləşdirmişik. Hər üç oyun yerindən şərh olunacaq. İzləyicilərimiz mayın 18-də keçiriləcək AL-in finalına Elnur Məmmədlinin yerindən təqdimatında baxa biləcək. Konfrans Liqasının final oyununda mən olacağam. ÇL-in finalını isə Parisdən kanalımızın baş redaktoru Şəmsəddin Abbasov şərh edəcək".    

Qeyd edək ki, 18 mayda İspaniyanın Sevilya şəhərində Avropa Liqasının "Ayntraxt" - "Reyncers" finalı baş tutacaq. Ayın 25-də Albaniyanın paytaxtında Konfrans Liqasının ("Roma" - "Feyenoord") həlledici görüşü keçiriləcək. Nəhayət, mayın 28-də qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında "Liverpul" - "Real Madrid" dueli olacaq ki, matç Parisdə oynanılacaq.