Cek Vilşer “Arsenal”dan ayrıldı
“Arsenal”ın u18 komandasını çalışdıran C.Vilşer istefa verdiyini açıqlayıb.
Sportline.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, Vilşer İngiltərə 2-ci liqasında çıxış edən “Norviç” komandasının köməkçi məşqçisi olmaq istədiyi bildirilir. Mikel Artetada bu məsələ ilə bağlı öz fikirlərini bildirib;
“Cek Vilşer mükəmməl futbolçu olub. Arsenalın ən sevimli futbolçularından biri idi. Bu kluba bağlı biridir. Burada olduğu dönəmdə böyük işlər gördü. Gələcək məşqçilik karyerasında ona uğurlar arzulayıram”, - deyə M.Arteta söyləyib.
Qeyd edək ki, Cek Vilşer 2022-ci ildə bu posta təyin olunmuşdu.