Cənubi Koreya klubu "Kəpəz"ə rəqib oldu

Türkiyədə təlim-məşq toplanışı keçəcək "Kəpəz"in yoxlama oyunlarında qarşılaşacağı daha bir rəqib müəyyənləşib. SportLine.az xəbər verir ki, Gəncə təmsilçisi Cənubi Koreyanın "Daejeon Sitizen” klubu ilə üz-üzə gələcək.

Matç yanvarın 25-inə planlaşdılırıb. 

Qeyd edək ki, Antalya toplanışı çərçivəsində "Kəpəz" yanvarın 22-də "Viitorul” (Konstanta, Rumıniya), 28-ində "Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də "Spartak” (Subotiça, Serbiya) klubları ilə qüvvəsini sınayacaq.