Ceymi Karrager: “Palmer “Liverpul”da olsaydı, İPL çempionu ola bilərdik”

İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu C.Karrager maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “Sky Sports” kanalına müsahibə verərkən Karrager bu fikirləri səsləndirib;

“Kol Palmer “Liverpul”da olsaydı, biz İngiltərə çempionu ola bilərdik. Arne Slot ilk mövsümündəcə çempion olub tarix yaza bilərdi. K.Palmer mükəmməl futbolçudur. Qollar vurur asistlər edir. Bizə elə futbolçu lazımdır”, - deyə C.Karrager bildirib.

Qeyd edək ki, Ceymi Karrager “Liverpul”un heyətində 508 matç keçirib.