Çeferin: "Qızıl top"u Benzema qazanacaq"
UEFA prezidenti Aleksander Çeferin Kərim Benzemanın bu mövsüm "Qızıl top"u qazanacağını düşünür.
Sportline.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. Çeferin Çempionlar Liqasının finalından - "Liverpul" - "Real " görüşündən əvvəl "kral klubu"nun prezidenti Florentino Pereslə bu haqda söhbət edib. Çeferin deyib: "Məncə Benzema "Qızıl top"u qazanacaq".
Qeyd edək ki, Kərim 2021/22 mövsümündə Madrid klubunda 45 matçda 44 qol vurub və 15 qolun ötürməsini verib.