"Çelsi" 16 yaşlı futbolçunu heyətinə qatıb
”Çelsi” 16 yaşlı qazax oyunçu Dastan Satpayevi transfer etdi.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Qazaxıstan liqasına görə rekord olan məbləğə görə, “Kairat Almatı” transferdən bonuslar daxil 4 milyon avro qazanacaq.
Qazaxıstanlı mərkəz hücumçu 18 yaşını tamamlayandan sonra “Çelsi”nin heyətinə qoşulacaq və onunla 5+1 illik müqavilə imzalanacaq.