"Çelsi" 68,4 milyon avro tələb edir
“Çelsi” klubu “Mançester Yunayted”dən futbolçusu üçün 68,4 milyon avro tələb edib.
Sportline.az Goal.com-a istinadən xəbər verir ki, “zadəganlar” Meyson Mountu transfer etmək istəyən “Mançester Yunayted”lə yalnız bu məbləğ qarşılığında müqavilə imzalanacağını bildiriblər.
“Çelsi”nin futbolçusu “qırmızı şeytanlar”ın heyətinə qatılmaq istədiyini açıqlayıb.
Qeyd edək ki, Meyson Mount bu mövsüm “Çelsi” forması ilə 35 oyunda 3 qol və 6 asist ilə yadda qalıb.